MDB Oyunları: Azərbaycan gimnastları sinxron proqramda üçüncü olublar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri III MDB Oyunlarında bürünc medal qazanıblar. SİA xəbər verir ki, Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların sinxron proqramında üçüncü olublar.

Daha əvvəl Maqsud Mahsudov oğlanların fərdi yarışında qızıl, S.Mahsudova qadınların fərdi mübarizəsində bürünc medal qazanmışdı.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə