Cəbrayılda üç idman növü üzrə yarışlar keçirilib - FOTOLAR

Cəbrayılda məktəblilər arasında kəndirlə mübarizə, minifutbol və voleybol yarışlarına yekun vurulub. SİA xəbər verir ki, 4 Oktyabr - Cəbrayıl Şəhəri Gününə həsr olunan birinciliklər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarələrinin birgə təşkilatçılığı ilə keçirilib.

Açılış mərasimində çıxış edənlər iştirakçılara uğurlar arzulayıblar.

Birinciliklərin qalib komandaları kubok, medal və diplomlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə