“Qəbələ”nin futbolçusu dünya çempionatında qol vurub

Çilidə 20 yaşadək futbolçular arasında dünya çempionatı davam edir. SİA xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisi Salihu Nasirunun heyətində yer aldığı Nigeriya millisi növbəti oyununu keçirib. Afrika təmsilçisi Səudiyyə Ərəbistanı yığması üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Nasiru oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nigeriya millisi növbəti oyununu oktyabrın 6-da Kolumpiya yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə