Bu gün III MDB Oyunlarında oğlan boksçular arasında yarımfinal döyüşləri keçiriləcək. SİA xəbər verir ki, yarışda Azərbaycan millisinin 14 idmançısı final uğurunda mübarizə aparacaq.
Saat 12:00-dan etibarən start götürəcək qarşılaşmalarda idmançılarımız müxtəlif çəki dərəcələrində rəqibləri ilə üz-üzə gələcəklər.
Belə ki, Qardaş Rəhimov (46 kiloqram), Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Toğrul Quliyev (60 kiloqram), Şahin Aslanov (60 kiloqram), Şikar Əliyev (75 kiloqram) və Səfər Məmmədzadə (+80 kiloqram) gündüz sessiyasında qüvvəsini sınayacaq.
Axşam seansında isə Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Əflatun İsmayev (57 kiloqram), Raul Heydərlı (57 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) yarımfinal görüşlərinə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə