Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında qılıncoynatma yarışlarında birinci gün davam edir. SİA xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışlarda Azərbaycanın 8 təmsilçisi qrup mərhələsindən mübarizəyə qoşulub. Bütün idmançılar qrupdan çıxsalar da, medalçılar sırasında yer almayıblar.
Onlardan Əli İsmayılov, Nəcəf Şabanlı, Ayxan İslamzadə, Abdulmalik Nəsibzadə, Nail Məmmədli 1/16-də, Rəsul Əliyev, Timur Hüsnəddinov 1/8-də, Abbas Səmədli isə 1/4 finalda məğlub olublar.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə