Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə daha bir oyun keçirilib. SİA xəbər verir ki, B qrupunda Türkiyə yığması Qazaxıstanla qarşılaşıb. Üç cavabsız qolla qalib gələn Qazaxıstan millisi yarımfinala yüksəlib.
Günün ilk matçında Küveyti 2:0 hesabı ilə üstəyən Qırğızıstan yığması da növbəti mərhələyə adlayıb.
Bununla da çövkən yarışlarında bütün yarımfinalçılar bəlli olub. Daha əvvəl Azərbaycan və Özbəkistan yığmaları bu mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə