III MDB Oyunları: Qırğızıstanın çövkən millisi yarımfinala yüksəlib

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən üzrə növbəti oyun keçirilib. SİA xəbər verir ki, A qrupunda Qırğızıstan Küveytlə qarşılaşıb. 2 cavabsız qolla qalib gələn Qırğızıstan millisi yarımfinala yüksəlib.

Günün ikinci matçında Türkiyə yığması B qrupunda Qazaxıstanla üz-üzə gələcək. Görüş saat 12:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə