Azərbaycanın üzgüçülük komandası MDB Oyunlarında növbəti medalını qazanıb

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları davam edir. SİA xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışların beşinci günündə daha bir təmsilçimiz medal qazanıb. Anastasiya Qnussina 1500 metr məsafəyə sərbəst üsulla üzmədə bürünc mükafata sahib çıxıb.

Bu gün, həmçinin Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə birinci yeri tutaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə