Azərbaycan idmançılarının reytinqi: İlk üç pillədə güləşçilər yer alıblar

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2025-ci il avqust ayına olan reytinq cədvəlini açıqlayıb. GİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, siyahının ilk üç pilləsində güləşçilər yer alıblar. Sərbəst güləşçi Giorgi Meşvildişvili, yunan-Roma güləşçiləri Ülvü Qənizadə və Həsrət Cəfərov hərəyə 400 xalla liderliyi bölüşürlər.

İlk "onluq"da, həmçinin, Osman Nurmaqomedov (sərbəst güləş, 340 xal), Zelim Tçkayev (cüdo, 330), Zelim Kotsoyev (cüdo, 320 xal), Eldəniz Əzizli (yunan-Roma güləşi, 320), Elcan Hacıyev (cüdo, 310), Murad Əhmədiyev (yunan-Roma güləşi, 250) və Arseni Cioyev (sərbəst güləş, 240) qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə