İspaniya Superkubokunun 2025-ci il finalları 2026-cı ilin yanvarında Ciddə şəhərində, ötən il yarışa ev sahibliyi etmiş "Əl-Cavhara" stadionunda keçiriləcək. SİA xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
Kubok uğrunda "Barselona", "Real", "Atletiko" və "Atletik" mübarizə aparacaq. Kataloniyalılar turnirə hazırkı titul sahibi kimi qoşulurlar.
Yanvarın 7-də yarımfinalda "Atletik" "Barselona" ilə üz-üzə gələcək, bir gün sonra isə azarkeşləri "Real" – "Atletiko" derbisi gözləyir. Final görüşü yanvarın 11-də baş tutacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, İspaniya Superkubokunun dörd komandadan ibarət formatı 2020-ci ildən qüvvədədir və turnirin Səudiyyə Ərəbistanında keçirilməsi rekord maliyyə gəlirləri təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə