"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin MDB oyunlarının açılışında iştirakı bir daha göstərdi ki, ölkəmizdə idmana böyük diqqət və qayğı göstərilir. Prezidentin bu mərasimdə iştirakı təkcə idmanın inkişafına verdiyi önəmi nümayiş etdirmədi, həm də orada olan balaca yaşlı və gənc idmançılar üçün əlavə stimul və motivasiya yaratdı". Bunu SİA-ya açıqlamasında parataekvondçu İmaməddin Xəlilov deyib.
Onun sözlərinə görə, bu, gənclərin idmana daha böyük maraq göstərməsinə və beynəlxalq arenalarda uğur qazanmaq üçün özlərinə güvənməsinə ciddi təsir etdi: "Cənab Prezident hər zaman diqqət və qayğısını beynəlxalq arenalarda da nümayiş etdirir. Onun iştirakı həm ölkəmizin idmana verdiyi dəyəri göstərir, həm də gənc nəslə bir mesaj verir ki, dövlət hər zaman onların yanındadır. Bu, idmançıların məsuliyyətini və ruh yüksəkliyini artırır.
Açılış mərasimində ən mühüm məqam isə Azərbaycanın bütün dünyaya sülhü nümayiş etdirməsi oldu. Sülhün təbliği tədbirin əsas mesajı idi və bu, həm tamaşaçılara, həm də beynəlxalq ictimaiyyətə çatdırıldı. Mərasimdə göyə qalxan yüzlərlə balon bir daha təsdiqlədi ki, Azərbaycan sülh tərəfdarıdır və dünyada sabitlik, əməkdaşlıq və dostluğun tərəfdarı kimi çıxış edir.
Beləliklə, MDB oyunlarının açılışında Prezident İlham Əliyevin iştirakı həm idman sahəsinə verilən yüksək dəyəri, həm də Azərbaycanın sülhsevər mövqeyini bir daha nümayiş etdirdi. Bu tədbir həm ölkəmiz üçün qürurverici hadisə oldu, həm də gənc idmançılar üçün gələcək uğurlarına aparan yolda güclü motivasiya mənbəyinə çevrildi".
Bütün xəbərlər Facebook səhifəmizdə