III MDB Oyunları: Azərbaycanın bir taekvondoçusu finala yüksəlib, digəri bürünc medal qazanıb
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışlarının yarımfinal görüşlərinə start verilib. SİA xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Vasif Səlimov (68 kiloqram) qırğızıstanlı Ramazan Cikanbayevi məğlub edərək finala vəsiqə qazanıb.
Qızlar arasında 57 kiloqram çəkidə çıxış edən Nigar Abdullayeva Özbəkistandan olan Aminaxon Kamalovaya məğlub olaraq bürünc medalla kifayətlənib.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə