Azərbaycanın FIFA referisi UEFA Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsində keçiriləcək "Brann" (Norveç) – "Utrext" (Niderland) matçının baş hakimi olacaq.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferents Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma oktyabrın 2-də Bergen şəhərindəki "Brann" stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB