“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin ötən mövsüm çarpaz bağlarının qopduğu dizində yenidən problem yaranıb. SİA xəbər verir ki, bu barədə baş məşqçi Pep Quardiola məlumat verib.
O, ispaniyalı futbolçunun “Bernli” ilə keçirilən Premyer Liqa matçını (5:1) buraxmasının səbəbini izah edib: “Cümə günü məşqdə o, oynaya bilməyəcəyini, dizində güclü ağrı olduğunu dedi. Bəli, bu, onun əvvəllər zədələdiyi eyni dizidir”.
Təxminən bir il əvvəl həm “Mançester Siti”nin, həm də İspaniya millisinin üzvü olan Rodri çarpaz bağının qopmasına görə mövsümün böyük hissəsini buraxmaq məcburiyyətində qalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə