Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarına inamlı qələbə ilə başlayıb - FOTOLAR

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarına start verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şəki şəhər stadionunda reallaşan yarışın açılış oyununda Azərbaycan və Qırğızıstan komandaları üz-üzə gəliblər.

Oyuna başlamazdan əvvəl Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.

Qarşılaşma Azərbaycan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər qarşılaşması isə Özbəkistan və Qazaxıstan komandaları arasında olacaq.

Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə