Milli Paralimpiya Komitəsinin rəhbərliyi beynəlxalq qurumun Baş Assambleyasında iştirak edir

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Baş Assambleyasında iştirak edir. Bu barədə SİA-ya MPK-dan məlumat verilib.

190 ölkədən 400-ə yaxın nümayəndənin qatıldığı sayca 22-ci dəfə təşkil olunan Assambleya Cənubi Koreyanın paytaxtı Seulda baş tutur. Sabah yekun vurulacaq Assambleyada IPC-yə prezident və İdarə Heyətinə seçkilər həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə