Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçmə mərhələsi keçirilir – YENİLƏNİR/FOTOLAR
Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında VIII Respublika Robot Olimpiadasının açılış mərasimi keçirilir. SİA xəbər verir ki, tədbirdə şagirdlər, müəllimlər, eləcə də rəsmi şəxslər və media nümayəndələri iştirak edirlər.
Olimpiadanın əsas məqsədi şagirdlərin robot texnologiyaları sahəsində bacarıqlarını inkişaf etdirmək, innovativ düşüncəni təşviq etmək və gənclərin STEM sahələrinə marağını artırmaqdır.
Tədbirdə iştirakçılar fərqli kateqoriyalarda öz robot layihələrini təqdim edir və hakimlər tərəfindən qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə