Oktyabrın 4–5-də Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində cüdo yarışları keçiriləcək. SİA xəbər verir ki, turnirdə Azərbaycanı 16 çəki dərəcəsində 28 cüdoçu (16 oğlan, 12 qız) təmsil edəcək.
Qızların yarışında Sunay Salamova (40 kiloqram), Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kiloqram), Leyla Ələkbərova, Nərmin Ağamirzəzadə (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram), Nəzakət Vəliyeva, Gülnaz Məmmədtağıyeva (hər ikisi 57 kiloqram), Ayan Əliyeva (63 kiloqram), Fidan Cəlilli, Məsumə Məmmədli (hər ikisi 70 kiloqram) və Zemfira Əliyeva (+70 kiloqram) tatamiyə çıxacaq.
Oğlanların mübarizəsində isə Devid Mahmudov, Anar Quliyev (hər ikisi 50 kiloqram), İbrahim Talıbov, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kiloqram), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kiloqram), Hüseyn Hüseynov, Fəxri Sahibzadə (hər ikisi 66 kiloqram), Sadiq Məmmədov, Yusif Nəzər (hər ikisi 73 kiloqram), Məhəmməd Ağakişiyev, Abdulla Rəhmətov (hər ikisi 81 kiloqram), Nurəddin Əliyev, Səid Hüseynov (hər ikisi 90 kiloqram), Tunar Fərzəliyev və Sübhan Axundov (hər ikisi +90 kiloqram) medal qazanmağa çalışacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Kotaro Sasaki və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov, İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Qeyd edək ki, III MDB Oyunlarının cüdo yarışlarında ölkəmizlə yanaşı Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan 91 idmançı (50 oğlan, 41 qız) qüvvəsini sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə