Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək

Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Açılış matçında "Zirə" "İmişli" ilə Quba Olimpiya İdman Kompleksinin stadionunda üz-üzə gələcək. Oyun saat 15:30-da başlayacaq.

"Qartallar" 11 xalla turnir cədvəlinə başçılıq edir. Bölgə təmsilçisi isə 7 xalla 7-ci yerdədir.

Günün ikinci oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma "Azərsun Arena"da, saat 19:00-da start götürəcək.

Bir oyun az keçirən Ağdam klubu 7 xalla 5-ci, "qırmızı-qaralar" isə 4 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sentyabrın 28-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə