Bizim üçün vacib məqamlardan biri qadın liqasının təşkilidir - Emin Əmrullayev

Çalışırıq ki, 2030-cu ilədək U-16 və U-18 milli komandalarımız A divizionunda mübarizə aparsınlar. Yaxud da ən azı B divizionunda yaxşı nəticələr əldə etsinlər. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatında 2025-2026-cı illər mövsümünün açılışına həsr olunmuş tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, növbəti mövsüm Azərbaycan Basketbol Liqasında səkkiz komandalı əsas, altı komandadan ibarət I Liqanın keçirilməsi planlaşdırılır: "Burada hər kollektivin digər çempionata keçməsi də olacaq. Bizim üçün digər vacib məqam qadın liqasının təşkilidir. Lakin hazırda yetərli sayda oyunçu yoxdur. Bu ilin sonunadək müəyyən komandaları formalaşırdırmaq istəyirik".

Federasiya prezidenti Azərbaycan Basketbol Liqasında yerli oyunçulara daha çox şans vermək istədiklərini söyləyib: "Burada keyfiyyət də önəmli olmalıdır. Çünki əcnəbi basketbolçular çempionata maraq qatırlar. Lakin biz FİBA-nın 5+7 limitini də gözləyirik. Bildiyiniz kimi, çempionatın yekun nəticələrinə əsasən, mövsümü ilk “8-lik”də tamamlayan klublar növbəti ildən I Liqada (ABL), 9–12-ci yerləri tutmuş klublar isə ilk dəfə təşkil olunacaq II liqada (ABL 2) mübarizə aparacaqlar. Aşağı liqada yerli oyunçulara daha çox şans verib, onları inkişaf etdirmək niyyətindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə