“Şahdağ”Turizm Mərkəzinin daha bir yamacı sertifikat prosesindən keçib

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ”Turizm Mərkəzinin daha bir yamacı (Kilim) Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün homologasiya (yoxlanışdan keçmə) prosesindən uğurla keçərək sertifikat əldə edib. SİA xəbər verir ki, “Kilim” yamacının ümumi uzunluğu 1897 metr təşkil edir. Sertifikat qeyd olunan yamacda slalom, nəhəng slalom, super nəhəng slalom və paralel disiplinlər üzrə yarışların keçirilməsinə icazə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə