"Abşeron Lions" doğma meydanda Kipr klubunu məğlub edib

"Abşeron Lions" doğma meydanda Kipr klubunu məğlub edib

"Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

SİA xəbər verir ki, Azərbaycan təmsilçisi I təsnifat mərhələsində Bakı İdman Sarayında Kiprin "Anortosis" klubunu qəbul edib.

Avrokuboklarda debüt edən komandamız rəqibini 89:73 hesabı ilə üstələyib.

Qeyd edək ki, cavab görüşü oktyabrın 1-də Limassolda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə