PSJ Fabian Ruizlə bağlı qərar verdi

PSJ yarımmüdafiəçisi Fabian Ruiz ilə yeni müqavilə imzalamağa yaxındır. SİA-nın verdiyi məlumata görə, bu barədə Fransa mətbuatı məlumat yayyıb.

Paris təmsilçisinin 29 yaşlı futbolçu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Klub isə Fabianla daha uzunmüddətli müqavilə imzalamaq qərarına gəlib.

Bildirilib ki, "Yuventus", "Atletiko" və "Betis" Fabian Ruizə maraq göstərsə də, futbolçu Parisdə xoşbəxtdir və klubda qalmaq istəyir. Bu mövsüm Ruiz Luis Enrikenin komandasında 7 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə