Seçmə mərhələ: Azərbayacan millisinin Fransa və Rumıniya ilə oyunlarının hakimləri bəlli olub
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb. AFFA-dan SİA-ya verilən məlumata görə, 9-cu qrupda yer alan U-17 Fransada təşkil olunacaq matçlarda meydan sahibləri ilə yanaşı, İsrail və Rumıniya yığmaları ilə qarşılaşacaq.
8 oktyabr
17:00. Fransa (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)
“Burrye” stadionu, Kapbreton
11 oktyabr
20:00. İsrail (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Qillaume Paradis (Fransa)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks
14 oktyabr
17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)
Baş hakim: Mateo Erceq (Xorvatiya)
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Qillaume Paradis (Fransa)
“Burrye” stadionu, Kapbreton.
Bütün xəbərlər Facebook səhifəmizdə