Dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar. SİA xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, yığma komanda hesabında 89 xalla ikinci yeri tutub. Güləşçilərimiz mundialda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Ülvi Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medala sahib çıxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə