Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi olub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.

SİA xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kiloqramlarda medalçılar müəyyənləşib.

İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kiloqram) həlledici görüşdə iranlı Olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) dünya çempionatı medalı olub.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medallarının sayı 4-ə çatıb. Xatırladaq ki, daha əvvəl Ülvü Qənizadə (72 kiloqram) qızıl, Eldəniz Əzizli (55 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medalı boyunlarından asıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə