Yarış mənim üçün kifayət qədər çətin keçdi. Tempimizi qorumaq və rəqiblərlə mübarizə aparmaq asan deyildi, amma nəticədə podiuma çıxmağı bacardım. Buna görə çox xoşbəxtəm. SİA xəbər verir ki, bu sözləri Formula 2 üzrə Azərbaycan Qran-Prisinin əsas yarışında üçüncü yeri tutan Dino Beqanoviç (“TGR") mətbuat konfransında deyib.
İsveçli pilot üçüncülüyün yaxşı nəticə olduğunu söyləyib: “Komanda olaraq bu nəticədən məmnunuq. Əlbəttə, hədəf həmişə daha yüksək pillədir. Komandamın əzmini və dəstəyini xüsusi qeyd etmək istəyirəm. Onların gördüyü peşəkar işlər sayəsində bu gün podiumda yer ala bildim”.
Bütün xəbərlər Facebook səhifəmizdə