Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib. SİA xəbər verir ki, bu barədə "Formula 2"nin rəsmi saytı məlumat yayıb.
"Trident" komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.
Digər sürücü Kuş Maini ("Dams Lukas Oil") isə Amauri Kordellə ("Rodin Motorsport") toqquşmaya görə günahkar bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.
Qeyd edək ki, "Formula 2"də əsas yarışa bu gün, saat 11:00-da start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə