Azərbaycan cüdo millisi Fransada toplanışa qatılıb

Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandası Fransanın Strasburq şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıb. SİA xəbər verir ki, toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.

Sentyabrın 25-də başa çatacaq təlim düşərgəsi qarşıdakı beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə