Formula 1 pilotu: Bakı trasına hazırlaşmaq xüsusi diqqət tələb edir

Bakı trasına hazırlaşmaq xüsusi diqqət tələb edir. SİA xəbər verir ki, bu sözləri “Alpin” komandasının pilotu Pyer Qasli Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Fransalı sürücü Bakı trasının çətinliyindən bəhs edib: “Dar küçələrdə yarışmaq böyük dəqiqlik tələb edir. Döngələrdə ən kiçik detalları belə əvvəlcədən planlaşdırmaq lazımdır. Komandamla strategiyalarımız barədə danışmışıq. Ümid edirəm ki, startda özümü daha güclü hiss edəcəyəm”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə