“Qarabağ”ın futbolçusu İspaniya klubunun düşərgəsinə yollanacaq
“Qarabağ”ın U-13 komandasnın futbolçusu Ümid Şükürov İspaniyanın “Levante” klubunun akademiyasında təcrübə keçəcək. Bu barədə SİA-ya “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.
Onun sözlərinə görə, oyunçunun keçidi ilə bağlı Valensiya təmsilçisi ilə danışıqlar son mərhələdədir: “Lakin Ümidin hansı müddətə kimi “Levante”nin düşərgəsində qalacağı hələlik bəlli deyil”.
Qeyd edək ki, “Qarabağ” klubu “Levante” ilə yanaşı, İtaliya təmsilçisi “Udineze” ilə də əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB