Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I tura yekun vurulacaq. SİA xəbər verir ki, son oyun günündə də 6 qarşılaşma keçiriləcək.
Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə Almaniyanın “Ayntraxt” klubunun qonağı olacaq. İngiltərənin “Mançester Siti” komandası evdə İtaliya “Napoli”sini sınağa çəkəcək. Gecənin maraqla gözlənilən matçlarından biri isə Portuqaliyada “Sportinq” və Qazaxıstanın “Kayrat” komandaları arasında olacaq.
Hər üç görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
18 sentyabr
20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa)
20:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Leverkuzen, Almaniya)
23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)
23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə)
23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan)
23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya).
Bütün xəbərlər Facebook səhifəmizdə