Komanda olaraq qazanılan nəticəyə görə çox xoşbəxtik.
SİA xəbər verir ki, bu sözləri açıqlamasında "Qarabağ" komandasının qapıçısı Fabiyan Buntiç UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyada “Benfika”ya 3:2 hesabı ilə qalib gəldikləri ilk tur qarşılaşması barədə danışarkən deyib.
Almaniyalı qolkiper Lissabonda çox yaxşı oyun keçirdiklərini bildirib: “Hisslərimi sözlərlə ifadə etmək çətindir. Komandamız əzmkar oyun nümayiş etdirdi. Matça istədiyimiz kimi başlaya bilməsək də, sonda biz tarix yazmağı bacardıq. Buna görə çox xoşbəxtəm”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti görüşünü oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə