“Benfika” azarkeşləri “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçini istefaya səsləyiblər

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada "Qarabağ"a məğlubiyyət "Benfika" azarkeşlərinin kəskin narazılığına səbəb olub. SİA yerli mətbuata istinadən xəbər verir ki, "Da Luş" stadionunda keçirilən matçın final fitindən sonra fanatlar Lissabon təmsilçisinin baş məşqçisi Brunu Lajeni fitə basıblar. Portuqaliyalı mütəxəssis tunelə daxil olarkən tərəfdarlar onun ünvanına xoşagəlməz ifadələr və "İstefa" şüarları səsləndiriblər.

Azarkeşlər futbolçuları isə paltardəyişmə otağına alqışlarla yola salıblar.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə