Formula 1 Azərbaycan Qran-Prisi: Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı keçirilib

Sentyabrın 19-21-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2025 üçün təşkilati işlər sürətlə davam edir. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında Uniforma və Akkreditasiya Mərkəzinin təqdimatı keçirilib.

Tədbirdə media nümayəndələri və Təşkilat Komitəsinin üzvləri iştirak ediblər. Mərkəzdə yarış həftəsi ərzində fəaliyyət göstərəcək heyətin və könüllülərin hazırlıq prosesi, həmçinin onların geyimləri, eləcə də akkreditasiya sistemi ictimaiyyətə təqdim olunub.

Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi ilə bağlı hazırlıq işlərinin mühüm mərhələsi hesab edilən mərkəz könüllülərin peşəkarlığının artırılması, həmçinin tədbirin təşkilati tərəflərinin yüksək səviyyədə icra olunmasına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə