Tailandın paytaxtı Bankokda keçirilən sumo üzrə dünya çempionatında yarışın rəsmi bayrağı Azərbaycana təqdim edilib. Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından SİA-ya bildirilib ki, bayrağı ölkəmiz adından qurumun vitse-prezidenti Ülvi Ağamirov təhvil alıb.
Qeyd edək ki, gələn il sumo üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə