“Bavariya” klubu Bundesliqanın üçüncü turunda Münxendə “Hamburq”u qəbul edib.
SİA xəbər verir ki, görüşdə “Bavariya” qonaqların qapısından beş cavabsız top keçirib. Münxenlilər ilk hissədə dörd dəfə fərqləniblər. Oyunda hesabı 3-cü dəqiqədə Serge Qnabri açıb. Bu qoldan altı dəqiə sonra Aleksandar Pavloviç hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 26-cı dəqiqəsində Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Üç dəqiqə sonra Luis Dias ilk hissədə son nöqtəni qoyub - 4:0.
Fasilədən sonra - 62-ci dəqiqədə Harri Keyn özünün ikinci, komandasının beşinci qolunu rəsmiləşdirib - 5:0.
Xatırladaq ki, bu gün daha bir neçə oyun keçirilib. “Borussiya” klubu səfərdə “Haydenhaym” üzərində 2:0 hesabı ilə qələbələ qazanıb. “Köln” çətin “Volfsburq” səfərində heç-heçə edib - 3:3. Paytaxt təmsilçisi “Union Berlin” öz meydanında “Hoffenhaym”a məğlub olub - 2:4. “Leyptsiq” səfərdə “Mayns” üzərində minimal hesablı qələbə qazanıb - 1:0. “Frayburq” isə doğma divarlar arasında “Ştutqart”a 3:1 hesabı ilə qalib gəlib.
Bundesliqanın üçüncü turuna bazar günü oynanılaycaq “St Pauli” - “Ausqburq” və “Mönxenqladbax” - “Bremen” görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, üçüncü turun ilk görüşündə Leverkuzenin “Bayer” komandası öz meydanında Frankfurtun “Ayntraxt” klubunu məğlub edib - 3:1.
Bütün xəbərlər Facebook səhifəmizdə