Basketbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Basketbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Kişi basketbolçular arasında Avropa çempionatında ilk finalçı bəlli olub.

SİA xəbər verir ki, yarımfinalın birinci matçında Almaniya və Finlandiya yığmaları üz-üzə gəlib. Rəqibini 98:86 hesabı ilə məğlub edən Almaniya seçməsi həlledici mərhələyə vəsiqə qazanıb.

Günün ikinci görüşündə Türkiyə yığması Yunanıstanla münasibətlərini aydınlaşdıracaq. Qarşılaşma saat 22:00-da start götürəcək. Bu komandalar indiyədək rəsmi oyunlarda 14 dəfə üz-üzə gəlib. Bunlardan 3-nü “ay-ulduzlular”, 11-ni isə yunanlar qələbə ilə bitirib.

Türkiyə yığmasının heyətində Cedi Osman zədəlidir. Onun son vəziyyəti matç saatına kimi bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə