“Benfika” ilə oyunda “Qarabağ” azarkeşləri üçün 500 yer ayrılıb - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” ilə keçiriləcək oyun üçün “Qarabağ” azarkeşlərinə stadionda 500 yer ayrılıb. Ağdam klubundan SİA-ya verilən məlumata görə, “Benfika” stadionunda oynanılacaq matçın biletləri bu gün saat 15:00-da satışa çıxarılacaq.

Biletlər “iTicket.az” saytında onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri biletə dəyişməlidir. Biletlərin qiyməti 88 AZN təşkil edir.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə