“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
SİA-nın məlumatına görə, klubdan bildirilib ki, son olaraq Sloveniya təmsilçisi “Olimpiya”nın şərəfini qorumuş portuqaliyalı müdafiəçi Xorxe Silva ilə 2 illik müqavilə imzalanıb.
Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” komandalarının formasını geyinmiş 29 yaşlı sağ cinah oyunçusu Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarının üzvü olub.
Xorxe Silva son mövsümdə “Olimpiya”nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, ölkə kubokunda isə 2 oyunda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə