“Fənərbağça” yeni baş məşqçisinin adını açıqlayıb...

Türkiyənin “Fənərbağça” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Domeniko Tedesko ilə 2 illik müqavilə imzalanıb.

İtaliyalı mütəxəssisin köməkçilərindən biri “Fənərbağça”nın sabiq futbolçusu və kapitanı Gökhan Gönül olacaq.

Qeyd edək ki, 39 yaşlı məşqçinin son iş yeri Belçika millisi olub. O, daha əvvəl Almaniyanın “Şalke”, “Leypsiq”, Rusiyanın “Spartak” (Moskva) klublarına da başçılıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə