Bu gün basketbol üzrə Avropa çempionatında ilk yarımfinalçılar bəlli olacaq

Bu gün basketbol üzrə Avropa çempionatında ilk yarımfinalçılar bəlli olacaq

Bu gün kişi basketbolçular arasında Avropa çempionatında ilk yarımfinalçılar bəlli olacaq. SİA xəbər verir ki, 1/4 final mərhələsində ilk olaraq meydana Türkiyə və Polşa milliləri çıxacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Günün ikinci qarşılaşmasında isə Litva Yunanıstanla üz-üzə gələcək. Bu matç isə 22:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal matçları sentyabrın 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə