"Santos"un hücumçusu Neymar komandanın süni örtüklü meydançalarda keçirəcəyi bütün oyunları buraxacaq. SİA xəbər verir ki, bu barədə "Jornal A Tribuna" məlumat yayıb.
Mənbənin sözlərinə görə, braziliyalı futbolçunun süni örtükdə yıxılması oynaqlarında və dizlərində güclü ağrılara səbəb olur və bu, zədələnmə riskini artırır.
Neymar bu mövsüm "Santos"un heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 6 qol vurub və 3 qol ötürməsi edib.
Bütün xəbərlər Facebook səhifəmizdə