Azərbaycanın ilk Respublika Çempionatında snuker həvəskarları və peşəkarları Heydər Əliyev adına İdman-Konsert Kompleksində unudulmaz bir gün yaşadılar. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Bilyard Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən final bilyard sevərləri üçün əsl idman bayramına çevrildi.
Qaliblər:
1-ci yer: Rzayev Orxan — möhtəşəm oyunla 1-ci yerin sahibi oldu.
2-ci yer: Həsənov Fəxrəddin — güclü rəqibləri geridə qoyaraq 2-ci yeri qazandı.
3-cü yer: Namazov Turac və Rzayev Azər — 3-cü yerin qalibləri oldular.
Bu gün yalnız rəqabət deyil, həm də birlik və idman ruhunun təntənəsi idi. Snuker Azərbaycanda yeni bir mərhələyə qədəm qoydu və bu idman növü artıq ölkəmizin idman həyatının ayrılmaz hissəsinə çevrilməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə