"Beşiktaş" yeni baş məşqçisini açıqladı

"Beşiktaş" yeni baş məşqçisini açıqladı

Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi bəlli olub. SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul klubu Sərgən Yalçınla anlaşıb. Onunla 2 illik müqavilə imzalanıb.

Təcrübəli mütəxəssis bu vəzifədə istefaya göndərilən Ule-Qunnar Sulşeri əvəzləyib.

Qeyd edək ki, Sərgən Yalçın daha əvvəl 2020-2021-ci illər mövsümündə "Beşiktaş"ın baş məşqçisi olub, komandaya Türkiyə çempionluğunu və ölkə kubokunu qazandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə