“Sabah” Serbiya millisinin sabiq futbolçusunu transfer edib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edilib. Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib.

O, Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub. Futbolçu “Sabah”da 21 nömrəli formada çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə