Çempionlar Liqası: “Araz-Naxçıvan”dan böyükhesablı qələbə

UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” futzal komandası növbəti oyununu keçirib.

SİA xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə Şotlandiya çempionu “Saltires” ilə üz-üzə gəlib.

Görüş Naxçıvan klubunun 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Araz-Naxçıvan” ilk matçda “Sparta Belfast”a 9:1 hesabı ilə qalib gəlib.

Təmsilçimiz qrupda son oyununu “Ljutu”a qarşı keçirəcək. Avstriya çempionu ilə görüş avqustun 30-u saat 21:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə