Qurban Qurbanov: Futbolçularımla qürur duyuram

“Prezident İlham Əliyev “Qarabağ”ı təbrik edib. Buna görə qürur hissi keçirirəm. O, bizim oyunlarımızı izləyir. Qələbə münasibətilə Prezident İlham Əliyevi və ailəsini təbrik edirəm”. SİA xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə Macarıstanın “Ferensvaroş” klubuna iki oyunun nəticəsinə əsasən 5:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmələri barədə danışarkən deyib.

O, matçın gərgin keçdiyini bildirib: “Futbolçularımla qürur duyuram. Çox xoşbəxtik. Tarixi nəticəni azarkeşlərimiz haqq edirdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə