“Nəticəyə görə çox xoşbəxtəm”. SİA xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmələri barədə danışarkən deyib.
O, tarixi nəticəyə görə futbolçularla qürur duyduğunu bildirib: “Əla oyun oldu, tarixi nəticə qazandıq. Liqa mərhələsində bizimlə düşəcək rəqiblərin fərqi yoxdur. Hədəfimizə çatdıq. Yəqin ki, Çempionlar Liqasının əsas mərhələsinin oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə