Çempionlar Liqası: “Qarabağ” – “Ferensvaroş” oyunu başlayıb - FOTOLAR

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyunu başlayıb.

SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:45-də start götürüb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə